Macarıstanda 2021-2022-ci tədris ili üçün təqaüd proqramı sənəd qəbulu davam edir.

Təhsil Nazirliyindən verilən məlumata görə, Macarıstan təqaüd proqramı 2021 İnsan Resursları Nazirliyi ilə 2017-ci il dekabrın 7-də imzalanmış “2018-2020-ci illər üzrə iş proqramı”na əsasən həyata keçirilir. Bu təqaüd Macarıstanda Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd proqramı hesabına təhsil almaq imkanı yaradır.

Macarıstan təqaüd proqramı hər il olduğu kimi proqram çərçivəsində Macarıstan tərəfindən 200 nəfər Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub. Məlum  məsələdir ki, Azərbaycandakı orta gəlir səviyyəsi bir çoxları üçün istədikləri ölkədə təhsil almağa əngəl yaradır. Hökümətlərarası təqaüd proqramı bu baxımdan tələbələrin işini çox asanlaşdırır – Macarıstan maddi baxımdan daha əlçatandır.

Təqaüdlərin sayı aşağıdakı kimidir:

tam bakalavriat və magistratura təhsil proqramları üzrə:

  • kənd təsərrüfatı, su idarəetməsi – 10 təqaüd;
  • təbiət elmləri, davamlı inkişaf – 20 təqaüd;
  • turizm – 10 təqaüd;
  • səhiyyə elmləri – 5 təqaüd;
  • beynəlxalq münasibətlər – 5 yer;
  • mühəndislik, informasiya texnologiyaları, texnologiyalar – 75 təqaüd;
  • iqtisadiyyat, biznes və idarəetmə elmləri – 50 təqaüd;

Doktorantura təhsili üzrə:

istənilən maraq dairəsi üzrə – 25 təqaüd.

Macarıstan təqaüd proqramı 2021-ə sənəd qəbulu 2021-ci il yanvarın 15-i saat 23:59-dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində əlavə məlumatlar Təhsil Nazirliyinin saytında yerləşdirilən elanda verilib.

Macarıstan universitetlərinin təhsil haqları əminəm ki, sizi çox təəccübləndirəcək. Magistr pilləsində təhsil almaq üçün xarici tələbələr bir çox hallarda illik € 4000-dən daha artıq pul ödəməli olurlar. Bu baxımdan, hökümətlərası təqaüd proqramın rolu çox böyükdür. Bu təqaüd proqramı həm sizin üçün təhsil haqqını qaşılayır, əlavə olaraq da, aylıq təqribən € 240 cib xərcliyi verir. Nəzərə alsaq ki, hər il 200-ə yaxın azərbaycanlı bu yolla macarıstanda təhsil alır, təqaüdün qazanmağın çox da çətin olmadığı qənaətinə gəlmək olar. Əsas odur ki, ortalama balınız, dil sertifikatınız (6.0 IELTS və ya ingiliscə təhsil aldığınızla bağlı digər sənədlər) lazımi səviyyədə təqdim edilsin.

Macarıstan təqaüd proqramı 2021 haqqında növbəti xəbərlərdən anında xəbərdar olmaq üçün bizi izləyin.

Çində təqaüdlü təhsil xəbərini oxumaqla Çində təqaüd və təhsil haqqında məlumatlı ola bilərsiniz. Oxuduğunuz üçün təşəkkürlər.

Gündəlik yenilənən və maraqlı təhsil xəbərləri üçün Məqalələr bölməmizə baxa bilərsiniz: