Niyə rus dili öyrənmək ? Yəqin bu sualı özünüzə vermisiniz. Yaşadığımız dövrdə ən vacib bilik və bacarıqlardan birinin də hər hansısa bir xarici dildə bilmək və danışmaq bacarığı olduğunu bilirik. Xüsusilə də bu dil ingilis və rus dilidirsə, sizin üçün bir çox qapı üzünüzə açılmış olur. Rus dili, əsasən, bizim və bizimlə qonşu olan ölkələrdə daha çox əhəmiyyət kəsb edir və hal-hazırda ölkəmizdə gənclərin çoxu bu dili öyrənmək üçün müxtəlif resurslardan istifadə etməyə çalışır.

Rus dili Azərbaycanda ən çox istifadə olunan dillərdən biridir. Vaxtıyla SSR tərkibində olmağımız səbəbindən ölkəmizdə xeyli insan gündəlik həyatında bu dildə danışır. Həmçinin rus dilində danışan turistlər də ölkəmizə gələn qonaqlar sırasında çoxluq təşkil edir. Tək bizim ölkəmizdə yox qonşu dövlətlərdə də rus dili böyük əhəmiyyət kəsb edir. Bütün bunlar niyə rus dili öyrənmək sualına cavablar verir.

Aşağıda sizə bu səbəblərdən bəhs edəcəyik. Xüsusilə rus dili öyrənmək üçün sizi motivasiya edə biləcək dörd səbəbdən danışacağıq.

1. Rus dili daha yaxşı iş üçün vacibdir.

Karyeranız sizin üçün önəmlidirsə, rus dili öyrənməkdən başqa yolunuz yoxdur. Bu dilə olan tələbatı siz iş elanlarına nəzər yetirsəniz əksər sahənin ən yaxşı iş elanlarında rus dili tələbini görə bilərsiniz. Bir çox elanlarda eyni vəzifə üçün rus dilini bilənlərdə işə qəbul olma ehtimalı daha yüksək olur. Ən azı üstünlük kimi belə qeyd olunan rus dili biliyi vasitəsilə müraciət etdiyiniz iş sizin ola bilər. Əsasən də rəhbər vəzifələr üçün bu bilik önəmli hesab edilir. Rəhbər vəzifə də çalışmasanız belə bir sıra vəzifələr üçün rus dili bilmək şərt kimi qeyd olunur. Hələ də niyə rus dili öyrənmək deyirsiniz? Oxumağa davam edin.

2. Rus dili bilən şəxslər daha çox maaş alır.

Niyə rus dili öyrənmək deyə soruşduqda yaxşı maaş cavabı sizi qane edirmi? Hər bir kəsin karyerasında bir sıra gözləntilər olur. Bu gözləntilərə yaxşı iş mühiti, iş yoldaşları, işin yerinin harada olası, rəhbərliyin işçilərinə münasibəti və ən əsaslarından biri olan və bir çox insan üçün vacib hesab edilən əmək haqqı da aiddir. Adətən iş elanlarından da gördüyümüz kimi rus dili bilən şəxslər daha yüksək əmək  haqqı ilə çalışırlar. Dil bilikləri əmək haqqının miqdarına da öz təsirini göstərir. Beləliklə siz rus dilini bilsəniz siz daha çox pul qazanmaq imkanına sahib olacaqsınız.

3. Rus dilində materiallar sizin üçün əlçatan olur.

Azərbaycan dilində bir çox sahədə material və məlumatlar azlıq təşkil edir. Bu bəzən bizim hər hansısa bir mövzu və ya sahə üzrə araşdırma edərkən çətinlik çəkməmizə səbəb olur. İstər təhsil zamanı, istərsə də iş həyatımızda axtardığımız məlumatı tapmaq üçün rus dilindən istifadə etdiyimiz zaman daha çox və detallı məlumat tapa bilirik. Bu başlıq da niyə rus dili öyrənmək sualına bu da yaxşı bir cavabdır.

4. Rus dili ilə səyahət zamanı  insanlarla rahat ünsiyyət qura bilərsiniz.

Nəzərə alsaq ki, azərbaycanlıların ən çox səyahət etdiyi ölkələrdən biri Rusiya və Gürcüstandır bu, rus dilinin vacibliyini anlamağımıza yardım edər. Rusiya və Gürcüstandan başqa bir çox ölkələrdə də rus dili çox vaxt əsas dil kimi gündəlik danışıqda istifadə olunur və ya ikinci dil kimi həmin dövlətin vətəndaşları bu dildə danışır. Bunların heç biri olmasa belə siz əksər ölkələrdə rus dilində danışan şəxslər tapa, qarşılaşdığınız problemi və ya sualı onlara ünvanlaya və sizə lazım olanları əldə edə bilərsiniz. Səyahət zamanı dil bilməyin üstünlükləri isə məncə hər kəsə məlumdur.

Oxuduğunuz üçün təşəkkür edirik. Ümid edirik niyə rus dili öyrənmək lazımdır məqaləmiz faydalı oldu. Rus dili öyrənmək üçün səbəblər sizi qane etdisə, evdə rus dilini necə öyrənmək olar məqaləmizi oxumaqla rus dili öyrənməyə başlaya bilərsiniz. İndi başlayın ki, gec olmasın.

#rus dili öyrənmək #rus dili öyrənməliyik. #rus dili oyrenmek . #Rus dilini oyrenmek #rus dili öyrənmək üçün səbəblər. #rusca oyrenmek #Rus dili oyrenmek niyə lazımdır? rus dilini oyrenmek # rus dili oyrenmek # rus dili öyrənmək