Evdə rus dili öyrənmək üçün mənbələr.Pandemiya özü əslində bizə self-study – nin həyatımızda nə qədər vacib rolu olduğunu göstərdi. Bu postda istifadə edəbiləcəyiniz 4 mənbə seçdik.

Mənbələrin siyahısı.

  1. Learn Russian with RussianPod101.com  (Youtube)
  2. Speaking Russian (Google Podcast)
  3. Learnrussian.rt.com (website)
  4. Russianforeveryone.com (website)

1.Rus dili öyrənmək üçün mənbələr – Learn RussIan wIth RussIanPod101.com

Rus dili öyrənmək üçün mənbələr – yeni başlayanlar üçün kanal əla seçimdir.Rus dili derslerini sıfırdan yüksək (advanced) səviyyəyə qədər bütün mövzular danışılır. Həftədə 3 dəfə paylaşım edilir. Vizual olaraq öyrənmək üçün ideal seçimdir.Qısa videolar yeni başlayanları yormayaraq, rus dili qrammatika öyrənməyi asanlaşdırır. Kanalı izləyərək, sözlərin düzgün tələffüzü, müxtəlif kontekslərdə işlənməyi, cümlə qurarkən ən çox edilən səhvləri öyrənə bilərsiniz.

2. SpeakIng RussIan (podcast)

rus dili öyrənmək üçün mənbələr

Podcast dinləmə qabiliyyətini inkişaf etdirmək üçün çox faydalıdır. Vdeoları pulsuz olaraq yükləyib, istənilən zaman dinləmək mümkündür. Google podcast-da olan bu kanal 183 -dən artıq rus dili dersleri paylaşmışdır. Gündəlik və ya iş həyatında istifadə edilən sözlər, həmçinin, rusca kitab oxumaq üçün tövsiyələr verilir. Dinləyərək rusca öyrənmək üçün bu kanal tam sizin üçündür.

3.LearnrussIan.rt.com

rus dili öyrənmək üçün mənbələr

Rusca öyrənmək üçün saytın istifadəsi çox rahatdır. Hərflərin düzgün yazılışı, sözlərin düzgün tələffüzü, dərsin sonunda anlamağı yoxlamaq üçün testlər və maraqlı izah, ilk başlayanlar üçün əla seçimdir. Sözləri vizual olaraq da göstərmək, rusca öyrənməyi asanlaşdırır.

4. rus dili öyrənmək üçün mənbələr  RussIanforeveryone.com

rus dili öyrənmək üçün mənbələr

İstənilən səviyyədən başlamaq üçün sayt idealdır. Gündəlik ən çox istifadə edilən sözlər, dərsləri hissə-hissə paylaşaraq anlaşılmağı sadələşdirir. Hər dərsin sonunda öyrəndiklərinizi yoxlamaq üçün testlər, əlavə olaraq maraqlı oyunlar, tapşırıqlar üçün pulsuz olaraq pdf şəklində kitablar paylaşılıb.

Danışdıqlarımızı ümumiləşdirsək internetdə məlumat çoxdur. Biz sadəcə şəxsi təcrübələrimizdən bu seçimləri etdik. Rus dilini öyrənmək üçün tək bir tələb var, o da istəkdir. Əgər istək olsa və bunun üçün vaxt ayrılsa öyrənmək kifayət qədər asandır.

Xaricdə təhsil almaq ilə bağlı məlumat almaq üçün – XARİCDƏ TƏQAÜDLÜ TƏHSİLİ TƏHSİL ŞİRKƏTLƏRİ OLMADAN DA TƏQAÜD ƏLDƏ ETMƏK OLAR.

BLOGDAN DAİM MƏLUMAT ALMAQ ÜÇÜN BİZİ İZLƏYİN.