Rus dili öyrənmək üçün youtube kanalları blogumuzda sizə 8 yotube kanalı təqdim edirik.

Rus dili öyrənmək dövrümüzün ən böyük tələblərindən biri də çoxlu dillər bilməkdir. Rus dilinin isə çox tələb olunan bir dil olması hamımıza məlumdur.

Dil öyrənməyin ən yaxşı yolu, o dilə məruz qalmaqdır. Bu səbəblə də həm qrammatika öyrənmək, həm də maraqlı videolar izləyərək danışığınızı inkişaf etdirmək üçün youtube kanalları əvəzsiz rol oynamaqdadır.

rus dili öyrənmək üçün youtube kanalları aşağıdakılardır:

1.Weekly Russian

Bu kanalda, Natalia 10 dəqiqədən qısa videolarla sizi sıxmadan effektiv məlumatlar çatdırır.Başlanğıc səviyyəsindən başlayaraq,səviyyə səviyyə özünüzü inkişaf etdirə bilərsiniz. 

2.RussianPod101

Əgər siz başlanğıc səviyyəsindəsinizsə bu rus dili öyrənmək üçün youtube kanalları siyahımızda bu kanal sizə yeni biliklər əldə etməyinizə kömək olacaq.Qısa videolarla siz lüğətinizi genişləndirə bilərsiniz.

3. Be fluent in Russia

Əgər siz qrammatik biliklərinizi inkişaf etdirmək istəyirsinizsə, bu kanal sizin üçün ən yaxşı seçimdir.Videolara baxaraq müxtəlif  mövzular haqqında fikir sahibi ola bilərsiniz.Həftənin cümə günü isə bu kanalda praktika günü olur ki,bu da dil biliklərinizi inkişaf etdirmək üçün əvəzsiz rol oynayır.

4.Fun Russian

İndi isə gəlirik işin əyləncə hissəsinə.Bu kanaldakı hər  dərs altyazı dəstəkləməsinə sahibdir ki, bu da sizin dərsləri rahat öyrənməyinizə şərait yaradacaq. Kanalda qrammatikanın tədrisi də çox əyləncəlidir və qrammatika baxımından boşluqlarınız varsa, əylənərək bu boşluqları doldura bilərsiniz.

5.Russian for Free

Rusiyaya səyahət etmək planınız varsa,deməli bu kanal əsl sizin üçündür. Səyahət mövzulu videoların yer aldığı bu kanalda siz bu mövzuda faydalı və maraqlı bir çox ifadə öyrənə bilərsiniz.

Dil öyrənmək üçün əvəzolunmaz üsüllardan biri də film izləməkdir. Rus dilinizi inkişaf etdirməyin ən əyləncəli yolu da filmlər izləyərək öyrənməkdir.Bu filmləri tapmaq üçünsə, uzun, yorucu araşdırmalar etməyinizə ehtiyac yoxdur. Çünki, biz sizin üçün RUS DİLİNİ ÖYRƏNMƏK ÜÇÜN FİLMLƏR – SƏVİYYƏLƏR ÜZRƏ! siyahısını hazırlamışıq. Yazının üzərinə klikləyərək bloqumuzu oxuya bilərsiniz.

rus dili öyrənmək üçün youtube kanalları

6.R for Russian

Mahnıya qulaq asmaq hamımıza ayrı bir zövq verir. Mahnıya qulaq asaraq öyrənmək isə əvəzolunmaz bir təklifdir. Siz başlanğıc səviyyəsinizsə, bu sizin üçün çox faydalı olacaq videolarla Russian Ruch üçün R youtube  kanalı sizi bilikləndirir.Bu kanal rus dili mənimsəmək üçün youtube kanalları içərisində öyrənmə müddətində mütləq izləməyiniz lazım olan kanallardan biridir.

7.RU-LAND Virtual Russian Language Club

Rus dili biliklərinizi artırmaq üçün youtube kanalları içərisində bu kanal ən vacib olanıdır.Rus dilini iş həyatınız üçün istəyirsinizsə və Skandinav ölkələri ilə sıx əlaqələriniz varsa, RU-LAND Virtual Rus Dili Klubu sizin üçündür! İş həyatında ən çox istifadə edilən nümunələr, motivasiya məktubları və dəvət məktubları haqqında bir çox məlumat tapa bilərsiniz.

 8.Learn Russian Language

Rus dilini inkişaf etdirmək üçün bu kanal ən effiktivlərdən biridir. WikiTranslate tərəfindən hazırlanan “Rus dilini öyrənin” kanalı yüzlərlə təlim videosu paylaşımı  edir.Videolar ümumiyyətlə başlanğıc və orta səviyyələrə müraciət etsə də, qabaqcıl istifadəçilər üçün təlimlər də daxildir. Rus əlifbası və vurğusu haqqında faydalı məlumatlar kanalın videolarında da mövcuddur.

9.Real Russia

Əyləncəli formada rus dili öyrənmək üçün əvəzolunmaz Youtube kanalı Real Russia’dır. Rus mədəniyyətini göstərərək bu dili əyləncəli şəkildə öyrənməyə kömək olur eyni zamanda da motivasiya edici videolar paylaşır. 

İnk academy

Eyni zamanda da siz bizim youtube izləyərək də özünüzü inkişaf etdirə bilərsiniz.

Ümid varıq ki, rus dili öyrənmək üçün youtube kanalları siyahımız bu dil üzrə biliklərini inkişaf etdirmək istəyənlər üçün faydalı olacaq. Bu mövzuya dair “EVDƏ RUS DİLİ ÖYRƏNMƏK ÜSULLARI. EVDƏ RUS DİLİ ÖYRƏN” adlı bloqumuzu da  oxuya bilərsiniz.