Bu yazı rus dili öyrənmək istəyənlər üçündür!

Rus dili öyrənməyin vacibliyi haqqında son zamanlar dostlarımla xeyli müzakirələrim olub. Düşünürəm ki, bu dil hazırda öz əhəmiyyətini qoruyub saxlayır. Rus dilini oyrenmek günümüzdə vacibdir. İş elanlarından və gündəlik rus dilində eşitdiyimiz ifadələrdən də bunu anlamaq çətin deyil. Kiçik bir araşdırma edərək rus dili bilənlərin bilməyənlərdən daha çox maaş alması nəticəsinə də gəldim. Əksər sahələrdə rus dili bilən kadr problemi yaşanır və rus dilini bilən şəxslər axtarılır. Bu səbəbdən düşündüm ki, rus dili öyrənmək ilə bağlı araşdırma edim və sizinlə bölüşüm. Araşdırarkən rus dilini evdə özünüzün də öyrənə biləcəyiniz fikrinə gəldim və bunu necə etmək olar bu haqda fikirlərimi sizinlə bölüşürəm. 

Bu fikri unutmayın!

Rus dili öyrənmək mümkündür. İnsanlar arasında rus dilinin çətin dil olması və öyrənməyin asan olmadığı haqqında fikirlər eşitmişəm. Bu dil əslində qrammatika cəhətdən çətin olsa da bizə doğma olması səbəbindən öyrənmək mümkündür. Hər birimiz əslində rus dilində xeyli söz bilirik. Dilimizdə işlənən rus dilində sözlər elə rus dili öyrənməmizə başlamaq üçün kifayət edir. 

Qarşınıza məqsəd qoyun

İstənilən işə başlayarkən qoyulan məqsəd önəmlidir. Siz sadəcə rus dili öyrənəcəm desəz və heçnə etməsəz 10 ilə də rus dilini öyrənə bilməzsiniz. Ancaq məqsəd qoysanız ki, 6 aya hər gün yarım saat rus dili öyrənmək üçün proqramlar vasitəsilə və youtube videoları izləməklə  rus dili öyrənəcəm 6 ay sonra nəticənin fərqinə varacaqsınız. 

rus dili oyrenmek

Qrammatikaya ciddi fikir verin

Dedik axı deyirlər qrammatikası çətindir. Bəs bu çətinliyi necə həll etməliyik onun da həll yolu var. Qulağa sıxıcı gəlsə də rus dilinin təməli onun qrammatikasıdır. Qrammatikanı öyrənmək üçün Youtube-da xeyli material var. Nə qədər vacibdi desək də qrammatikada səhv etdikdə sizi ağır cəzalar gözləmir. Rahat rahat danışın. 

Gündəlik sözlərdən başlayın

Gündəlik sözlərimizin bayaq dediyim kimi bir hissəsi rus dilində olduğundan öyrənmək üçün çox əziyyət tələb edilmir. Həmin sözlərdən ibarət qısa cümlələr quraraq ətrafınızda söhbətləri rus dilində edin. Məsələn yemək yeyirsinizsə, yemək yeməyin rusca hansı ifadə olduğunu düşünün. Harasa gedirsinizsə, eyni qayda ilə və s. Davamlı bunu təkrarlayın və gündəlik həyatınızın bir parçasına çevirin.

Özünüzə yoldaş tapın

Yaxşı olar ki, sizinlə eyni vaxtda başlamaq istəyən bir və ya bir neçə nəfərlə birlikdə öyrənmək üçün bir yola çıxın. Bu həm sizə, həm də yoldaşlarınıza faydalı olacaqdır. Çünki praktika etmək üçün yoldaş olacaq və tənbəllik edə bilməyəcəksiniz. 

Rus dilində izləyin

Rus dilində filmlər və seriallar var. Rusca tələffüzü öyrənmək vacib amildir. Bu baxımdan “Youtube” üzərindən izlənilə bilən Rus dilində film və seriallar köməyinizə çatacaq. Film və serial izləmək tələffüzü inkişaf etdirməklə yanaşı rus həyat tərzinə dair fikir sahibi olmağınıza səbəb olacaq. 

Rus dilində dinləyin

Musiqinin dili yoxdur desələr də, rus dilini oyrenmek üçün ən yaxşı üsullardan biri musiqi dinləməkdir. Rusların məşhur mahnıları var. Həmin mahnıları dinləməklə rus dilinizə təsir edə bilərsiniz. Təbii ki, bu mahnılar arasında sevimlinizə çevriləcək və dəfələrlə dinlədikləriniz olacaq. Bu da sizin üçün faydalı olacaqdır.

Rusiyaya səfər edin

Yəqin ki, sizin də Rusiyaya gedib orda qısa zamanda dil öyrənən tanışlarınız var. Əgər getmək imkanınız varsa, gedib orada bir müddət yaşayın və rus dilində danışan rusların əhatəsində qısa zamanda öyrənmək imkanı əldə edin. Təbii ki, hərkəs rus dilində danışarsa, məcbur olub səhv cümlələr qura-qura öyrənəcəksiniz.

rus dili oyrenmek ucun instagram kanali

Rus dostlar qazanın

Hər kəsin Rusiyaya getmək kimi bir imkanı olmadığı bəlli məsələdir. Bunun da həlli var. Sosial şəbəkələr günümüzün böyük bir vaxtını alır. Bunu yaxşı mənada istifadə edə bilərik. Sosial şəbəkələrdə Rusiyada yaşayan, rus dilində danışan şəxslərlə dostluq qurun. O insanlarla fərqli mövzularda – (siyasi, sosial, iqtisadi) söhbətlər edin. Həmin şəxs özü də bilmədən sizi öyrədəcək.

Dualingo istifadə edin

Bu proqram vasitəsilə siz rus dilinizi inkişaf etdirə və qısa zamanda rusca danışa bilərsiniz. Sizə rus dilini başlanğıcdan öyrədən bu proqram işinizə çox yarayacaqdır. Günlük metroda, avtobusda boş olan vaxtınızı bu proqrama sərf etsəniz belə tezliklə nəticəsini görəcəksiniz.

Sonda sizinlə bəzi materiallar paylaşmaq istəyirəm rus dili ilə bağlı. Rus dilini oyrenmek materialları üçün https://bit.ly/34uXN6M linkinə daxil olun.

Oxuduğunuz üçün təşəkkürlər. Rus dili oyrenmek üçün proqramlar və saytlar yazısını oxuyaraq sizin dil öyrənmənizdə faydalı olacaq proqramlarla və saytlarla tanış ola bilərsiniz.

#rus dili öyrənnmək #rus dili #rus dili oyrenmek #rus dilini nece oyrenmek olar #necə rus dili öyrənmək # rus dili oyrenmek # rus dili öyrənmək # rus dilini oyrenmek # rusca oyrenmek # rus dili