Slovakiya Respublikası 2021-2022-ci il tədris ili üçün “Slovakiyada Təqaüd Proqramı“ başlığı ilə təhsil imkanları elan edir. Təqaüd proqramına qeydiyyat üçün son müraciət tarixi 30 may 2021-ci il nəzərdə tutulub. 

slovakiyada təqaüd proqramı necə olacaq ?

Təqaüd proqramı Slovakiya universitetlərində bakalavriat və magistratura təhsil səviyyələri üzrə təqaüdlü təhsil almaq imkanı yaradır. Tədris dili slovak dili (ehtiyac olduğu təqdirdə, 10 aylıq dil kursu) olacaq bu təcrübə proqramına, 18-26 yaş arası şəxslərin müraciəti qəbul olunacaq və yalnız bir nəfər seçiləcək.

Namizədlər sənədlərini keçid vasitəsi ilə https://www.vladnestipendia.sk/en/application  onlayn şəkildə təqdim etməlidirlər.

slovakiyada Təqaüd Proqramı`na hansı ixtisaslar daxildir ?

Kənd təsərrüfatı, ekologiya, geologiya, mühəndislik, İKT, iqtisadiyyat kimi ixtisaslar üzrə hazırlanan təqaüd proqramı haqqında daha ətraflı keçiddən tanış olmağınız tövsiyyə edilir.

Təqaüd proqramı barədə ətraflı məlumatı bu elan vasitəsilə əldə edə bilərsiniz.

Daha çox bu cür Təqaüd Proqramları haqqında məlumat əldə etmək üçün digər bir bloqumuz olan Xaricdə təhsil üçün təqaüd saytları `na göz gəzdirə bilərsiniz.