Türkiyə Respublikasının 2021-2022-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramına sənəd qəbulu başlamışdır.
“Türkiyə bursları” təqaüd proqramı üçün sənəd qəbulu 20 fevral 2021-ci il tarixininə qədər davam edəcəkdir.
Bu təqaüd proqramına bakalavriat, magistr və doktorantura səviyyələrində Türkiyədə təhsil almaq istəyənlər müraciət edə bilər.
Təqaüd proqramı çərçivəsində tələbələrin təhsil haqqları, sığorta, yataqxana və yol xərcləri ödənilir. Bakalavriat səviyyəsi üzrə təhsil alanlara aylıq 800 TL, magistr üzrə təhsil alanlara 1100 TL, doktorantura üzrə təhsil alanlara isə 1600 TL təqaüd veriləcəkdir.
Təqaüd proqramına müraciət etmək üçün Türkiyə burslarının rəsmi hesabına nəzər yetirməyi unutmayın.
“Kyokensei- Gənc müəllimlər üçün təlim” Yaponiyada dövlət təqaüd proqramı haqqında məlumat almaq üçün xəbərimizə nəzər yetirin.