Xaricdə təhsil almaq üçün imtahanlar

Xaricdə təhsil almaq üçün fərqli növ beynəlxalq imtahanlar tələb olunur. Bu imtahanlar adətən ölkələrə, universitetlərə görə dəyişə bilər. IELTS bunlardan ən geniş yayılmış imtahandır. Xaricdə təhsil üçün bu imtahanı bir çox dünya universitetləri qəbul etsə də,  bəzi universitetlərdə mövcud olan ixtisaslar  var ki, onlar özünə məxsus spesifik imtahanlar tələb edirlər. Bu imtahanlar xüsusi dərəcələrə və universitet reytinqinə görə dəyişə bilər. Aşağıda bu imtahanlar barədə məlumatlar yer almışdır.

GMAT nədir?

Xaricdə magistr və doktorantura təhsili almaq kimi planlarınız varsa əsasən bunun üçün üçün GMAT imtahanından yüksək  nəticələrin olması tələb olunur. GMAT  imtahanının əsas fərqi ondan ibarətdir ki, burda əsasən ingilis dili səviyyəsi deyil, məntiqi yanaşmalar və ümumi bilik bacarıqları yoxlanılır. Həmçinin digər fənlərdən də tələbələr sınaqdan keçir.

GMAT (Graduate Management Admission Test)  Amerika Birləşmiş Ştatlarında  magistr (MBA) və iqtisadiyyat üzrə doktorantura  dərəcələrində təhsil almaq istəyənlər üçün keçirilən imtahandır. Belə ki, Amerika universitetlərinə magistr dərəcəsi və yaxud da doktorantura üçün müraciət etdikdə sizdən GMAT imtahanı tələb olunacaq. Bu bütün universitetləri əhatə etmir. Bəzi dəqiq elmlər var ki, onlar üzrə magistr təhsili almaq istəyəndə bu imtahan tələb olunur. Təkcə Amerika deyil, eyni zamanda bir çox ölkələrin məşhur universiteteləri bunu tələb edir.

GMAT  üç əsas  bölümdən  ibarətdir:

Oxuma (verbal) biliklər                                    ( 36 sual, 65 dəqiqə )

Riyazi (quantitative) biliklər                             ( 31 sual, 62 dəqiqə )

Analitik yazı (analytical writing) biliklər           ( 1 inşa, 30 dəqiqə ) 

GMAT balı 200-800 arasında dəyişir, əsasən tələbələr 400-600 arası nəticə göstərirlər, buna görə də 600+ kifayət qədər ciddi bal sayılır. Integrated Reasoning  1-8 bal aralığında, Analytical Writing isə 1-6 bal aralığında qiymətləndirilir.

GMAT imtahanı da TOEFL imtahanı kimi kompyuter vasitəsilə keçirilir.  Lakin dünyanın bəzi ölkələri var ki, orada kompyuterlə imtahan vermək mümkün olmadıqda yazılı olaraq GMAT imtahanı vermək mümkündür. Qeyd etdiyim kimi GMAT imtahanında  ingilis dili səviyyəsi ilə yanaşı, digər vacib olan ixtisaslardan da səviyyə yoxlanılır.

ingilis dili öyrənmək üçün peşəkar müəllimlər

GRE nədir?

GRE (Graduate Record Examination) Amerika Birləşmiş Ştatlarında magistr və doktorantura təhsili almaq üçün verilən imtahandır. Dünyanın bir çox məşhur universitetləri də humanitar fənlər üzrə (iqtisadiyyatdan başqa) GRE imtahanını tələb edirlər. Əsasən dəqiq fənlər üzrə təhsil almaq istəyənlər üçün nəzərdə tutulub. İki qrup ayrılır:

  • GRE  General Test
  • GRE  Subject Test

GRE  General Test imtahanını magistr və doktorantura  oxumaq istəyən hər kəs veməlidir.  GRE  Subject Test  isə bəzi universitetlər tələb edir. Bir çox universitet birinci GRE imtahanını tələb edir. Bu imtahanların hər üçü Azərbaycanda keçirilir. Və təbii ki, Türkiyənin belə bir tələbindən sonra SAT imtahanına maraq iki qat artır.

SAT nədir?

SAT  (Scholastic Aptitude Test)  akademik tələblərin bilik və analitik bacarıqlarını qiymətləndirmək üçün istifadə olunan standart testdir. SAT Amerika Birləşmiş Ştatlarında bakalavr təhsili almaq istəyənlər üçün tələb olunur.  Amerikada bütün şagirdlər universitetə qəbul olunmaq üçün SAT imtahanı verirlər. SAT imtahanı iki qrupa ayrılır:

  1. SAT  I –  Reasoning Test
  2. SAT II – Subject Test

SAT proqramını yalnız əcnəbilər deyil, hətta ABŞ vətəndaşları tərəfindən götürülə bilər. Əgər Siz dünyanın ən prestijli universitetlərinə daxil olmaq istəyirsinizsə, müəyyən keçid balını yığmağınız mütləqdir. Bakalavr dərəcəsi üçün ərizə verənlər (xüsusilədə, SAT, ABŞ və Kanadada çox məşhurdur) SAT proqramını keçməlidirlər.

SAT əsasən 3 əsas hissəyə ayrılır:

Tənqidi oxu – yəni intensiv oxuma bölməsində 67 müxtəlif sayda tapşırıqlar daxildir ki, hansıdakı Siz verilən 5 variantdan düzgün hesab etdiyiniz 1 variantı işarə etməlisiniz. Yazı bölməsi ərəfəsində kandidatlara 1 saat ərzində 45 tapşırıq təklif olunur. Suallar Sizin qrammatik və leksik biliyinizi yoxlamaq üçün dizayn olunmuşdur. Riyaziyyat bölməsində isə Siz 70 dəqiqə ərzində 54 tapşırığı həll etməlisiniz. Suallar cəbr, həndəsə və statistik biliklər, bəzi radikal elementləri, xüsusiyyət dəsti, modullar və nömrələr əsasında qurulmuşdur. Test kompyuter əsasında təşkil olunub.

SAT imtahanının ümumi müddəti təxminən 4 saat çəkir. Sonra hər bir namizəd təcrübə bölməsinə aid tapşırığıda tamamlamalıdır. SAT imtahanında tənqidi  oxuma adlı bölmə var ki, tələbələr bundan imtahan verərəkən, təkcə, ingilis dili oxuma bacarıqları ilə yanaşı, müxtəlif mövzulara tənqidi münasibət formalaşdırır. Bu cəhətdən bu kimi imtahanların tələbələrin intelektli bir şəxs kimi formalaşmasında mühüm rol oynayacıqdır.

Bu imtahanlar The College Board tərəfindən keçirilir. SAT imtahanı iki qrupda olmasına baxmayaraq bir çox universitetlər əsasən SAT  I tələb edirlər. Reytinqli universitetlər isə hər iki SAT imtahanını tələb edirlər. SAT imtahanında hər bölmə üzrə minium bal 200, maksimum bal isə 800 baldır( yəni toplam maksimal 2400). Yüksək səviyyəli universitetlərə qəbul olmaq üçün hər komponent üzrə ən azı 600 – 700 bal toplamaq lazımdır. SAT üç növü vardır: Yazı (writing), tənqidi oxuma (critical reading), Riyaziyyat (mathematics). Sertifikatın etibarlılıq müddəti 5 ildir.

Son zamanlar Azərbaycanlılar üçün önəmli ölkə olan Türkiyə universitetləri də YÖS imtahanını ləğv edərək SAT imtahanı tələb edirlər. Belə ki, yaxşı Türkiyə universitetlərinə qəbul olmaq üçün SAT və üstəgəl TOEFL imtahanı vermək tələb olunur. Bu daha çox ingilisdilli proqramlara aid olur. Bununla yanaşı proqram Türk dilində olarsa, o zaman TÖMER və ya ALES imtahanı verməlisiniz. Əks halda bakalavr dərəcəsinə başlamazdan əvvəl bir il türk və ya ingilis dilini oxumaq lazımdır. Xaricdə təhsil almaq üçün imtahanlar sırasında bu imtahanlar da əhəmiyyətini qoruyur.

ink academy instagran

TOEFL nədir?

TOEFL (Test of English as a Foreign Language) İngilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahandır. TOEFL imtahanını dünyanın 100 – dən artıq ölkəsində vermək mümkündür.  Mənbələrdə qeyd edilir ki, hər il  təxminən bir milyondan artıq insan TOEFL imtahanı verir.

Bu imtahan dünyanın demək olar ki, bütün universitetləri tərəfindən qəbul olunur. TOEFL – un özünəməxsus xüsusiyyətlərindən biri onun internet vasitəsilə verilməsidir. Belə imtahan forması   IBT (İnternet based  TOEFL) adlanır. Amma TOEFL imtahanını  yazılı şəkildə də vermək olar. Bu internetin olmadığı yerlərdə təşkil olunur. Bu imtahan forması isə  PBT (Paper based TOEFL) adlanır. TOEFL IBT imtahanı dörd hissədən ibarətdir: Reading (oxumaq), Listening (qulaq asmaq), Speaking (danışıq), Writing (yazı). Reading hissəsində mətnlər verilir  və mətnə aid suallara cavab vermək lazımdır. Listening hissədə isə müxtəlif dialoqlar, şəkillər verilir . Speaking və Writing hissələrində isə müvafiq olaraq danışıq yazı səviyyələri yoxlanılır.

Oxuduğunuz üçün təşəkkür edir və atacağınız addım, verəcəyiniz imtahanlarda uğurlar arzu edirik. Xaricdə təhsil almaq üçün hansı sənədlər lazımdır öyrənmək istəyirsinizsə Xaricdə təhsil üçün lazım olan sənədlər məqaləmizə keçid etmənizi tövsiyyə edirik.

rus dili kursu