Xarici bir dil öyrənmək üçün qərar vermədən öncə mütləq edilməsi gərəkən bir iş var. Motivasiya mənbəyinizi tapmaq. Yəni, siz dili öyrənmə səbəbinizi müəyyən etməli, bu dilin sizə verə bilcəyi töhfə və faydalarını daim xatırlamalısınız. Öyrəndiyiniz xarici dil əgər sizə bir şey qatmayacaqsa, heç bir fayda verməyəcəksə, bu dili istifadə etməkdə məqsədiniz yoxdursa, dili sistemli bir formada öyrənmək üçün həvəs və motivasiyanız olmayacaq.
Bloqumuzun bugünki məqaləsində mövzu ilə əlaqədar olaraq xarici bir dil öyrənmənin sizə verəcə biləcəyi faydalar barədə yazmışıq. Demək olar ki, hamımız dil öyrənməyi iş, təhsil, səyahət və yeni bir bilgi və məlumatların öyrənilməsi üçün öyrənildiyini bilirik. Bu səbəblər ilə bağlı sizinlə başqa bir məqaləmizdə ətraflı danışacayıq. İndi isə sizə xarici dil öyrənməyin bilinməyən və ya az bilinən faydalarını təqdim edirik:
Xarici bir dil öyrənməyin birinci faydası
Xarici bir dil öyrənməyin birinci faydası beyin gücünü artırmasıdır. Yəni, siz yeni bir dil öyrəndiyiniz zaman beynininiz müxtəlif bacarıqları inkişaf elətdirməyə başlayır. İstənilən xarici bir dil ilə ilk dəfə tanış olduğumuz zaman çoxlu asan və çətin sözlər ilə qarşılaşırıq. HƏmçinin qarma-qarışıq qrammatika, cümlə strukturu ilə də rastlaşa bilərik.
Yeni xarici bir dil öyrəndiyimiz zaman beynimiz bu sözləri, qrammatika qaydalarını anlayıb, qavrayıb və daha sonra müəyyən bölmələrdə bu məlumatları saxlamalı olur. Bu proses davamlı olaraq baş verdiyi üçün də zamanla beyinin məlumatlararası əlaqə qurma, məntiqi düşünmə, bir problemi tez və effektiv biy yolla həll etmək kimi bacarıqlarını sürətlə inkişaf etməyə başlayır.
Xarici bir dil öyrənməyin ikinci faydası
Xarici bir dil öyrənməyin ikinci faydası yaddaşı gücləndirməsidir. Beynimizi nə qədər çox işlətsək, o da bir o qədər çox yaxşı funksiyalarını işlədər. Xarici bir dil öyrənmək isə bunun üçün əla yoldur. Belə ki, xarici bir dil öyrəndiyimiz zaman istifadə etdiyimiz və yadda saxlamağa çalışdığımız sözlər sayəsində zamanla beynimizin yadda saxlama qabiliyyəti inkişaf etməyə başlayır. Hər dəfə daimi olaraq biz yeni bir söz öyrəndimiz, onu danışıq prosesi zamanı cümlələrdə istifadə etdiyimiz zaman beynimiz bir növ gimnastika etmiş olur. Bunun sayəsində də, oxuyub öyrəndiyimiz bir məlumatı, yeni tanışdığımız insanların ad və soyadlarını, əlaqə nömrələrini, verilən ünvanları daha yaxşı yadda saxlaya və sonrasında daha yaxşı xatırlaya bilərik.
Xarici bir dil öyrənməyin üçüncü faydası
Xarici bir dil öyrənməyin üçüncü faydası multifunksional ola bilməyə yardımcı olmasıdır. Hər bir şeyin sürətlə dəyişdiyi müasir dünyamızda bəzən hər gün bir çox işi etməyə məcbur oluruq. Bu da bizləri çox vaxt işləri vaxtında çatdırmadığımız zamanlar əsəbi, aqressiv və yorğun hallara salır. Edilən bir araşdırmaya görə, xarici bir və ya bir neçə dil bilən insanlar daha multifunksional olur. Gün ərzində birdən çox etməli olduqları işlər olsa belə rahatlıqda vaxtında həmin işləri edə bilirlər. Bunun səbəbi isə, yuxarıda qeyd etdiyimiz xarici bir dil öyrənmənin beyin gücü və yaddaşı inkişaf etdirə bilmə bacarıqlarıdır. Bir və ya bir neçə dil bil bilən insanların beyinləri müəyyən bacarıqlar üzrə inkişaf edir. Buna görə gün ərzində edilən işlər və qərar vermə anlarında bu bacarıqlar onlara olduqca yardımcı olur.
Xarici bir dil öyrənməyin dördüncü faydası
Xarici bir dil öyrənməyin dördüncü faydası zehni kəskinləşdirməsidir. Bunu biz dedektiv Şerlok Holms və ya tarix boyu çox yaxşı hökmranlıq etmiş sultan və padşahlarda görə bilərik. Onlar adətən bir çox dilləri bildiklərinə görə beyin, yaddaş və bunlara bağlı olan digər bacarıqları inkişaf etmiş və bunun sayəsində də iti bir zehinləri olmuşdur. Bu tip insanları aldatmaq və ya yanıltmaq olduqca çətin olur. Buna görə də, məşhur dedektiv Şerlok Holms və ya sultan və padşahların misal olaraq, Fatih Sultan Mehmetin bu qədər ağıllı, iti yaddaşa sahib olmalarına, vaxtında və düz qərarlar vermələrinə təəccüblənməməliyik. Çünki bu bir möcüzə və ya sirr deyil. Çoxlu praktika və dil bilgisi ilə onlar kimi olmaq mümkündür.
Xarici bir dil öyrənməyin beşinci faydası
Xarici bir dil öyrənməyin beşinci faydası qərar verə bilmək bacarıqlarını inkişaf etdirməsidir. Xarici bir dili öyrənmə prosesi zamanı bir çox qrammatika qaydalarını, cümlə strukturunu, hansı sözü harada və necə istifadə etmək qaydalarını öyrənməli oluruq. Bunu isə ancaq təkrar-təkrar oxuyub öyrənməklə və öyrəndiklərimizi tətbiq etməklə əldə etmiş oluruq. Etdiyimiz bu daimi proses biz fərqində olmasaq belə beynimizin müəyyən bölgələrinə təsir edir və bununla da gündəlik həyatımızda da gördüyümüz işlərdə qərar vermə anlarında rahatlıqla doğru olan halı seçə və tətbiq edə bilirik.
Xarici bir dil öyrənməyin altıncı faydası
Xarici bir dil öyrənməyin altıncı faydası digər sahələrdə də inkişaf etməymizə təkan verməsidir. Uşaq vaxtı evdə və ya məktəbdə niyə xarici bir dili öyrənməyimiz ilə bağlı bir çoxumuz suallar vermişik. Çox vaxt bizə iş və təhsil ilə bağlı avantaj əldə edəcəyimizi desələr də, xarici dil öyənməyin digər bir faydasını demək unudulurdu. Xarici bir dil öyrənmək beyin, yaddaş, qərar verə bilmə və digər bacarıqları inkişaf etdirir. Bununla yanaşı çox vaxt riyaziyyat, fizika, standart oxuyub anlama bacarıqlarını da inkişaf etdirmiş oluruq. Məktəbdə oxuduğunuz zamanları düşünsəniz qeyd olunan sahələrdə yaxşı oxuya və qiymət ala bilən sinif yoldaşlarınızın əlavə bir dil bildiyini və ya hər hansısa bir dili öyrənməyə cəhd etdiyini, buna həvəs və meyilli olduğunu xatırlayacaqsınız.
Xarici bir dil öyrənməyin bilinən faydaları ilə yanaşı bilinməyən və çox az bilinə faydaları ilə də bu məqalədə tanış olmuş oldunuz. Ümid edirəm ki, bu yazı oxuyanlara, dil öyrənənlərə və ya öyrənmək istəyənlərə həvəs və motivasiya vermişdir.
Son olaraq yazını oxuyan hər bir kəsə təşəkkür edirəm. Bloqumuzda olan digər bir məqaləni – Xarici dil öyrənilərkən edilən səhvlər oxumaq üçün linkə tıklamağınız yetərlidir.
Müəllif: Vəfa Əhməd