Müasir dövrdə insanların çox rastlaşdığı problemlərindən biri də vaxtın düzgün idarə edilməməsidir. “İnk academy” olaraq, bugünkü bloqumuzda vaxtın düzgün idarə edilməsi mövzusuna toxunacağıq. Əgər siz də zamanı idarə etməkdə çətinlik çəkirsinizsə, bu bloq məhz sizin üçündür. Vaxt bəşəriyyətin bizə verdiyi ən gözəl hədiyyədir.
Texnologiyanın sürətli inkişafı zamanın düzgün idarə edilməsini çətinləşdirir və bu həm şəxsi həyatımıza, həm də karyeramıza mənfi təsir göstərir. Nəticədə, biz məqsədlərimizə daha az zaman ayırırıq. Xarici dili öyrənərkən də biz bu problemlə qarşılaşırıq. Vaxtın düzgün idarə edilməsi bunun üçün vacibdir. Dil öyrənən zaman zamanı necə səmərəli edək
Bəs zamanımızı necə bölək ki, vaxta qənaət edək və məqsədlərimizə daha tez çataq?
Vaxtın düzgün idarə edilməsi üçün Səhər erkən qalxmağa çalışın:
“Erkən qalxan erkən yol alar” deyiblər. Səhər tez oyanmağa çalışın. Erkən qalxmaqla, günə 1:0 öndə başlayacaqsınız, eyni zamanda vaxtınızı daha səmərəli keçirəcəksiniz. Həm də bu sizin gün ərzində yaxşı vaxt keçirməinizə səbəb olacaq. Vaxt həyatımızın ən vacib hissəsi olduğunu untmayaq. Vaxtın düzgün idarə edilməsi erkən qalxmağınız üçün böyük rol oynayır.
Gündəlik işlərinizi qeyd edin:
Gündəlik işlərimizi qeyd etmək bizlər üçün nə qədər mənasız gəlsə də, bu işlərimizin planlaması üçün çox önəmlidir. Əvvəlcə işlərinizin hansının vacib, hansının isə vacib olmamasını müəyyənləşdirməlisiniz. Vacib olanları ən birinci sırada, vacib olmayan amma etməli olduğunuz işlərinizi sona doğru qeyd edin. Qeyd etmək üçün sizə sadəcə bir neçə dəqiqə vaxt lazım olacaq. Vaxt itirmədən gündəlik işlərinizi qeyd edin.
İşlərinizi ertələməyin:
İşlərinizi ertələmək işinizi daha da çətinləşdirir. Gec ya tez, siz bu işi görməlisiniz. Bir işi ertələməklə, digər işlərinizdən də olursunuz. Davamlı olaraq, bunu etsəniz, sonradan sizdə bu vərdişə çevriləcək. Beləliklə, siz bir işi həll etmək üçün bir neçə gün zaman sərf edəcəksiniz. İşlərimizi ertələməklə, bizim gözümüzdə vaxt böyük bir problemə çevirilir. Vaxt həyatımızda mühüm yer tutur.
Bir neçə işi eyni anda etməyin:
Bir neçə işi eyni anda edəndə, daha çox iş görəcəyimizi düşünürük. Bir işi çatdırmaq istəyərkən digərini də gecikdirmiş oluruq. Bunun yerinə, daha az işlə daha yaxşı nəticə əldə edəcəksiniz. Amerikanın Ohayo universitetində aparılan araşdırmalarına görə insanların yalnız 100-də 3-ü eyni anda bir neçə işi edə bilirlər. Bu o deməkdir ki, bir neçə işi eyni anda çox az adam edə bilir. Buna görə də vaxt bizim düşündüyümüz kimi asan deyil. Vaxt həyatımızın bir hissəsidir.
İndi isə zamanımızı daha səmərəli etmək üçün bir neçə metod ilə tanış olaq:
Pomodoro texniki
Saatlarla dərs oxumaq hər kəs üçün sıxıcıdır. Bu texnik məhz sizin üçündür. 1980-ci illərin sonunda Francesco Crillo tərəfindən yaradılan texnikdir. Bu texnikdə siz 25 dəqiqəlik çalışmadan sonra, 5 dəqiqəlik fasilə edirsiniz. Hər 25 dəqiqə bir pomodoro sayılır. 4 dəfə “pomodoro”dan sonra daha uzun müddətli fasilə edə bilərsiniz. 4 dəfə edilən pomodro günün 2 saatı deməkdir. Fərqinizə varmadan 2 saatlıq bir zamanı səmərəli keçirirsiniz. Bunu gün ərzində bir neçə dəfə təkrarlayırsınız. Nəticədə, siz qısa dəqiqələrlə daha yaxşı nəticə əldə edirsiniz. Özünüz də fərqinizə varmadan vaxt sizin üçün çox tez keçəcək. Bu texnik sizə, daha az vaxt daha çox iş qazandıracaq.
Pomodoro texnikasını lüğət öyrənərkən də istifadə edə bilərsiniz. Həmçinin lüğət öyrənərkən istifadə edə biləcəyiniz digər metodlarla da tanış olmaq üçün İngilis dilində söz öyrənmək üçün 5 effektiv metod adlı bloqumuza keçid edə bilərsiniz.
Kanban texniki
1940-cı illərdə Yaponyada Toyoto fabrikində çalışan mühəndis Taiichi Ohno tərəfindən yaradılan texnikdir. “Kanban” sözü yaponcada “lövhə”, “taxta” mənasına gəlir. İnsanların əksəriyyəti görəcəyi işi gözündə çox böyüdür və sistemsiz halda düşünür. Bununla da, işə başlamadan həvəsdən düşür. Kanban texniki ilə ağlınızda olan işlərinizi yazmaqla, onları bir-bir qruplaşdırır, plan tərtib edirsiniz. Bu texnik 3 hissədən ibarətdir: “Edəcəklərim”, “Edirəm” və “Etdim”. “Edəcəklərim” hissəsində bütün işlərimizi yazırıq, “Edirəm” hissəsində sadəcə 3 işimizi yazırıq, “Etdim” hissəsində isə 3 işdən birini seçib icra edirik. Etdim hissəsi bizdə “özgüvən”, “mən bacardım”, “mən etdim” duyğusu ilə bizə motivasiya verir. Siz də bu şəkildə cədvəldə yazın, işləri rəngli notlarla qeyd edin və işi əyləncəyə çevirin. Zaman keçsə də, vaxt hər zaman insalar üçün bir problemə çevrilmişdir. Bu texnik ilə problemi əyləncə ilə həll edə bilərsiniz.
Müdriklər demişkən: Keçmiş – unudulub, gələcək – qapalıdır, indiki zaman – hədiyyədir.
Zaman itirmədən özünüzə bu hədiyyəni edin!
Həmidə Vəliyeva