Yaxşı bir kamunikasiya qurmaq üçün, söz bazamızın geniş olması ilə yanaşı, zamanları da yerində və düzgün işlətmək vacibdir. Əsasən hansısa bir əhvalatı danışdıqda, əhvalatın başa düşülən olması üçün zamanlar arası keçişin nə qədər önəmli olduğunu görürük. Bəzi qaydaları bildikdən sonra ingilis dilində zamanlar sizin üçün daha anlaşılır olacaqdır. Bu qaydalar, zamanların bir-birindən fərqini və istifadə yerini başa düşməyə kömək olacaqdır.

ingilis dilində hansı zamanlar var?

  • Present Simple (indiki sadə)
  • Present Continuous (indiki davamedici)
  • Past simple (keçmiş sadə)
  • Past Continuous (keşmiş davamedici)
  • Present Perfect (indiki bitmiş)
  • Present Perfect Continuous (indiki bitmiş davamedici)
  • Past Perfect (keçmiş bitmiş)
  • Past Perfect Continuous (keçmiş bitmiş davamedici)
  • Future – will (gələcək)
  • Future – going to (gələcək)
  • Future Continuous (gələcək davamedici)
  • Future Perfect Simple (gələcək bitmiş sadə)
  • Future Perfect Continuous (gələcək bitmiş davamedici)

İngilis dilində zamanların adlarında istifadə edilmiş present, past, perfect, future anlayışları zamanların strukturunu və hərəkətin baş verdiyi zamanı başa düşməkdə bizə köməkçi olur. Bu anlayışlar aşağıdakılara görə önəmlidir:

  1. Cümlədəki feilin hansı formada (məstər, ing və s.) istifadə ediləcəyini göstərirlər.
  2. Hekayənin və hərəkətin hansı zaman aralığında olduğunu müəyyənləşdirirlər.

 İlk öncə feilin formaları ilə tanış olaq.

Feilin formasıTO BE feiliTO DO feilİ
İnfinitive (məsdər halı)To beTo do
Present (indiki)Am, is, areDo, does
Past (keçmiş)was, wereDid
Perfect (bitmiş)beenDone
Continuous (davamedici)beingdoing
Feilin formaları cədvəl

ingilis dilində zamanların prinsipləri

Zamanların hansının nə məna verdiyini başa düşdükdən sonra, detallı şəkildə hər birinin quruluşuna baxacıq. Amma ilk olaraq ümumi olaraq ingilis dilində zamanların adlarını eşitdikdə nə başa düşməliyik onu öyrənək.

ingilis dili kursu

Present dedikdə nə başa düşülməlidir?

İçində “Present” ifadəsi olan zamanlar hərəkətin indiki zamanda baş verdiyini bildirir. Əgər hərəkət indiki sadə zamandadırsa onda feilin present formasından istifadə edilir. Məsələn: I work five days a week.

Past dedikdə nə başa düşülməlidir?

Daxilində “Past” sözü olan zamanlar hərəkətin keçmişdə baş verdiyini və indiki zamanla heç bir əlaqəsinin olmadığını göstərir. Keçmiş sadə zamanı düzəltmək üçün feilin keçmiş formasından istifadə edilir. Məsələn : I worked only four days last week.

Future dedikdə nə başa düşülməlidir?

“Future” ilə əlaqəli olan zamanların hərəkətin hələ gələcəkdə baş verəcəyini bildirir. Feil sadə formada işlədilir və qarşısına “will” ya da “be going to” köməkçi feilləri əlavə edilir. Bu köməkçi feillər arasındakı fərq sondakı cədvəldə daha aydln izah ediləcəkdir.

Perfect dedikdə nə başa düşülməlidir?

“Perfect” anlayışı indiki, keçmiş və gələcək zamanın üçündə də ola bilər. Azərbaycan dilindən fərqli olaraq ingilis dilində zamanlar perfect formasında ola bilirlər. Bu forma hərəkətin dəqiq bir zamandan və ya başqa bir hərəkətdən əvvəl bitdiyini yaxud müəyyən bir zamana qədər davam etidyini bildirir. Azərbaycan dilində misal olaraq bu cümlələri verə bilərik: Dünən saat 12yə qədər imtahana hazırlaşmışam. “Dünən saat 12” müəyyən bir vaxtır və hərəkət bu vaxtda birmişdir.

ingilis dilində bütün zamanlar

İndi detallı olaraq ingilis dilində bütün zamanları analiz edəcik. Hansı zaman zərfliklərindən istifadə edilir, nə vaxt hansı zamanı istifadə etmək lazımdır və hər zamana uyğun bir nümunə cümlə quraraq aralarındakı fərqi daha rahat başa düşə biləcəksiniz.

Present Simple (indiki sadə zaman)

Zaman zərfliyi:

  • every day
  • usually
  • always
  • often
  • sometimes
  • never
  • seldom

İşlənmə situasiyası:

  • gündəlik təkrarlanan hərəkətlərdə
  • tez-tez baş verən hadisələrdə
  • to think, to love, to hate və s. kimi feillərlə 

Quruluş forması (infinitive):

  •  (he/she/it) + s

Nümunə cümlə:

  • She reads one book every month.

          O hər ay bir dənə kitab oxuyur.

ingilis dili kursu

Present Continuous (indiki davamedici zaman)

Zaman zərfliyi:

  • now
  • at the moment
  • right now
  • look!

İşlənmə situasiyası:

  • Hal-hazırda, danışıq getdiyi zamanda baş verən hərəkət üçün istifadə edilir.

Quruluş forması:

  • to be (am/are/is) +  infinitive ing

Nümunə cümlə:

  • She is reading a book right now.

          O hal-hazırda kitab oxuyur.

 

Past simple (Keçmiş sadə zaman)

Zaman zərfliyi:

  • last week, 
  • in 1990
  • … ago
  • yesterday

İşlənmə situasiyası:

  • Keçmişdə baş vermiş və indiki zamanla heç bir əlaqəsi olmayan

Quruluş forması:

  • qaydalı feillər: infinitive ed
  • qaydasız feillər: kökündən dəyişirlər bu feillərin siyahısını internetdən tapa bilərsiniz.

Nümunə cümlə:

  • She finished to read the book last week.

          O kitabını keçən həftə oxuyub bitirdi.

 

Past continous (Keçmiş davamedici zaman)

Zaman zərfliyi:

  • while
  • when
  • at 9pm

İşlənmə situasiyası:

  • Keçmişdə dəqiq bir zamanda və ya başqa bir hadisə ilə yanaşı baş vermiş hadisəni ifadə etmək üçün istifadə edilir.

Quruluş forması:

  • was/were + infinitive + –ing

Nümunə cümlə:

  • She was reading a book yesterday at 8pm.

          O dünən axşam saat 8də kitab oxuyurdu.

ingilis dili kursu

Present perfect (indiki bitmiş zaman)

Zaman zərfliyi:

  • just
  • up to now
  • yet
  • never
  • ever
  • since
  • already
  • so far
  • recently
  • for

İşlənmə situasiyası:

  • Keçmişdə baş vermiş lakin indiki zamanla əlaqəli olan, nəticəsi göz qabağında olan hadisələrin izahı üçün istifadə edilir.

Quruluş forması:

  • have/has + past participle

Nümunə cümlə:

  • She has recently finished reading a book

          O, kitabı bu yaxınlarda oxuyub bitirdi.

 

Present perfect CONTİNOUS (indiki bitmiş davamedici zaman)

Zaman zərfliyi:

  • all day
  • the whole day
  • how long
  • since
  • for

İşlənmə situasiyası:

  • Keçmişdə başlamış və indiyə qədər dəvam etməkdə olan və yaxun hal hazırda bitmiş hərəkəti bildirir.

Quruluş forması:

  • have/has + been infinitive + –ing

Nümunə cümlə:

  • She has been reading that book since morning.

          O səhərdən bəri bu kitabı oxuyur.

 

Past perfect simple (keçmiş bitmiş sadə zaman)

Zaman zərfliyi:

  • already
  • just
  • never

İşlənmə situasiyası:

  • Keçmişdə başlamış və keçmişdə dəqiq bir zamanda bitmiş hərəkət üçün istifadə edilir. Bu dəqiq zaman iki cür göstərilə bilər: 1. başqa bir hərəkətlə. 2. Zaman zərfi və ya dəqiq saat ilə.

Quruluş forması:

  • had + past participle

Nümunə cümlə:

  • She had already finished reading a book

          O, kitabı artıq oxuyub, qurtarıb.

ingilis dili kursu

Past perfect CONTİNOUS (keçmiş bitmiş sadə zaman)

Zaman zərfliyi:

  • how long
  • before
  • since
  • for

İşlənmə situasiyası:

  • Hərəkətin başqa bir hərəkət başlamazdan əvvəl nə qədər müddətdir baş verdiyini bildirmək üçün istifadə olunur.

Quruluş forması:

  • had + been infinitive ing

Nümunə cümlə:

  • She had been reading this book before her mom called her.

          Anası ona zəng etməzdən əvvəl, O, bu kitabı oxuyurdu.

 

Future – will (gələcək zaman)

Zaman zərfliyi:

  • tomorrow
  • next week …..
  • in 2030

İşlənmə situasiyası:

  • Gələcəkdə baş verə biləcək hansısa bir hərəkətlə baxlı təxmini fikir söylədikdə.
  • Əvvəlcədən qərar vermədən, elə indi gələcəklə edəcəyin şeylə bağlı nəsə dedikdə.

Quruluş forması:

  • will + infinitive

Nümunə cümlə:

  • She will call her mom back

          Anasına geri zəng edəcək

 

Future – to be going to (gələcək zaman)

Zaman zərfliyi:

  • tomorrow
  • next week …..
  • in 2030

İşlənmə situasiyası:

  • Gələcəklə bağlı qərar verilmiş bir hərəkət olduqda işlədilir. Yəni bu hərəkətin baş verməsindən əminsiniz.

Quruluş forması:

  • to be (am/are/is) + going to + infinitive

Nümunə cümlə:

  • She is going to finish reading that book next weekend.

          Kitabı gələn həftə sonu oxuyub bitirəcək.

ingilis dili kursu

Future CONTİNOUS (gələcək davamedici zaman)

Zaman zərfliyi:

  • tomorrow
  • next week …..
  • in 2030
  • in the future

İşlənmə situasiyası:

  • Gələcəklə baş verəcək və müəyyən müddət ərzində baş verməyə davam edəcək hərəkətlər üçün istifadə edilir.

Quruluş forması:

  • will + be + infinitive ing

Nümunə cümlə:

  • She will be starting to read this book tomorrow.

          O, kitabı oxumağa sabah başlayacaq.

 

Future perfect simple (gələcək bitmiş sadə zaman)

Zaman zərfliyi:

  • tomorrow
  • next week …
  • in 2030
  • before next month

İşlənmə situasiyası:

  • Gələcəkdə müəyyən bir vaxtdan əvvəl artıq başlayıb və bitmiş olan hərəkəti bildirir.

Quruluş forması:

  • will + have + past participle*

Nümunə cümlə:

  • She will have finished reading this book before next month.

          O, kitabı gələn aydan əvvəl oxuyub bitirmiş olacaq.

 

Future perfect continuous (gələcək bitmiş davamedici zaman)

Zaman zərfliyi:

  • Next Sunday
  • For a month

İşlənmə situasiyası:

  • Gələcəkdə müəyyən bir vaxta qədər hələ də davam edən hərəkəti göstərir.

Quruluş forması:

  • will + have + been + infinitive + ing

Nümunə cümlə:

 
  • Next Sunday, She will have been reading this book for a month.

           Növbəti bazar, artıq bir aydır ki bu kitabı oxuyur olacaq.

ingilis dili kursu

İngilis dilini əylənərək öyrənmək üçün ingilis dilinde seriallar bloqumuzu oxuyun.

link to instagram page

Son yazılar

Sualınız var?

Kurslar haqqında məlumat əldə etmək və ödənişsiz sınaq dərsində iştirak üçün əlaqə saxlaya bilərsiniz

(+994 50) 684 05 65