İspaniyada təhsil almaq istəyən Gənclər, sizə şad xəbərimiz var.

İspaniya krallığının Valladolid universiteti “ERASMUS+ ” proqramı çərçivəsində tələbə -müəllim mübadiləsinin həyata keçirilməsi üçün sənəd qəbuluna başladı.

Bütün təhsil pillələri üzrə mübadilə (bakalavr,magistratura və Doktorantura)

Mingəçevir Dövlət Universiteti İspaniya Krallığının Valladolid universiteti ilə Erasmus+ proqramı çərçivəsində müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi üzrə ikili saziş bağlamışdır. Proqram çərçivəsində 2021/2022-ci tədris ili üçün (2022-ci ilin fevral-iyul ayları) bütün təhsil pillələri üzrə (bakalavr, magistratura və doktorantura) tələbə mübadiləsi həyata keçiriləcəkdir.

Tələbələr proqram çərçivəsində bir və ya iki semestr ərzində Valladolid universitetində təhsil ala bilərlər. Universitetdə tədris ispan və ingilis dilində aparılır. Mübadilə ilə bağlı bütün xərclər Erasmus+ təqaüdü hesabına ödəniləcəkdir.

Ispaniyada təhsil üzrə mübadilə proqramında iştirak etmək istəyən tələbələr aşağıdakı tələblərə cavab verməlidir: I, II, III kurs tələbəsi olmaqla– minimum orta qiymət 75 olmalı, (magistrlər üçün 80); İngilis və ya ispan dillərini B2 səviyyəsində bilməsi tələb olunur.

Təqaüd üçün aşağıda verilmiş linkə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. https://uvamobplus.uva.es/publico/inicio

Proqramla bağlı daha ətraflı məlumat almaq istəyənlər Beynəlxalq Əməkdaşlıq ofisininə müraciət edə bilərlər. Proqrama müraciət üzrə son tarix 20 sentyabr 2021-ci ildir.

Dostlar, ümid edirik Ispaniyada təhsil ilə bağlı yazımız sizin üçün faydalı oldu.Digər xəbərlər üçün daim yenilənən “Xəbərlər” bölməmizə nəzər yetirə bilərsiniz.

Erasmus+ proqramı ilə İspaniyada təhsil

Sizin üçün maraqlı ola biləcək bloqlarımızı sıraladıq. Linklərə daxil olub, faydalana bilərsiniz.

Təhsil şirkətləri olmadan necə təqaüd əldə etmək olar ? – Xaricdə təhsil üçün təqaüd saytları

Xaricdə təhsil üçün hər kəsə lazım olacaq sənədlərlə bağlı bloqumuzu oxumaq üçün linkə keçid edə bilərsiniz – Xaricdə təhsil üçün lazım olan sənədlər

Xaricdə təhsil üçün atılacaq addımları sizin üçün sıralamışıq – Xaricdə təhsil almaq üçün atılması vacib olan addımlar 2021

Türkiyədə imtahansız attestatla təhsil və bir çox məlumat haqqında – Xaricdə Təhsil şirkətləri və Xaricdə Təhsil – 2021 bloqumuzda qeyd etmişik.

Xaricdə təhsil üçün hansı imtahanlar vacibdir ? – Xaricdə təhsil almaq üçün hansı imtahanlar vacibdir? IELTS, GMAT, GRE, SAT, TOEFL

Hər birinizə UĞURLAR arzu edirik !